Bu gün İngiltərə Premter Liqasında 20-ci turun təxirə salınmış bir oyunu keçiriləcək.

“Arsenal” doğma meydanda “Vulverhempton”la qarşılaşacaq. Oyundan əvvəl keçirilən mətbuat konfransında baş məşqçilər jurnalistlərin suallarını cavablandırıblar. London klubunun uğurları üçün çalışan Mikel Arteta inamlı açıqlamaları ilə diqqət çəkib: “Vulverhempton ilk 4-lük uğrunda mübarizə aparır. Bu komandanın  çıxışını yüksək qiymətləndirirəm .  Amma hamı bilir ki, biz də son oyunlarda optimal formada olduğumuzu nümayiş etdriririk. Futbolçulara inanıram. Matça yüksək motivasiya ilə başlaya bilsək,  qalib gələcəyimizi düşünürəm”.

“Vulverhempton”un baş məşqçisi Brunu Laji də görüşlə bağlı fikirlərini bölüşüb. Portuqaliyalı mütəxəssis  “Arsenal”ın oyun tərzini dəyərləndirib: “Güclü komandalara qarşı matçlar hər zaman baxımlı olub. Birinci dövrədə “Arsenal”a məğlub olmuşduq. Bu uğursuzluğun əvəzini çıxmaq üçün əlimizdən gələni edəcəyik. Düşünürəm ki, topa daha çox sahib olsaq və rəqibə mütəmadi pressinq etsək istədiyimiz nəticəni qazanacağıq”.

London klubu matça optimal heyətlə çıxacaq. “Vulverhempton” isə, Vili Boli və Rayan Ait-Nurinin köməyindən yararlana bilməyəcək. “Arsenal” – “Vulverhempton” görüşü bu gün Bakı vaxtilə 23.45-də start götürəcək.